Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
FED.az Fonda könüllü ödəmə edən bankların siyahısını təqdim edir.
Azərbaycan Beynəlxalq Bankı - 2 milyon manat
PAŞA Bank – 500 min manat
Kapital Bank- 500 min manat
Xalq Bank - 500 min manat
AccessBank - 250 min manat
Azərbaycan Sənaye Bankı - 250 min manat
Unibank - 220 min manat
Muğanbank - 200 min manat
Amrahbank - 200 min manat
Bank Respublika - 200 min manat
Bank of Baku - 150 min manat
Expressbank - 150 min manat
Yelo Bank - 150 min manat
Bank BTB - 150 min manat
Turanbank - 100 min manat
Azər-Türk Bank -100 min manat
AGBank - 100 min manat
NBC Bank - 100 min manat
Günay Bank - 100 min manat
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.