Bu ilin birinci rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit portfeli ilin əvvəlinə nəzərən 2% azalaraq 37 milyard manat təşkil edib.
Ən sərfəli dollar əmanəti bu banklardadır – BANKLAR, ŞƏRTLƏR, SİYAHI (May, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, O cümlədən müddətli depozitlər 2% artaraq 16.3 milyard manat, cari depozitlərin həcmi isə 5% azalaraq 20.7 milyard manat olub.
Birinci rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri 20.1 milyard manat təşkil edib. Bu dövrdə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 72.3%, müddətli depozitlərin payı isə 27.7% olub.
Birinci rübün sonuna manatla depozitlər 23.8 milyard manat, xarici valyutada depozitlər isə 13.3 milyard manat ekvivalentində təşkil edib.
Hesabat dövrü ərzində fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.4 faiz bəndi azalaraq dövrün sonuna 30.4% olub. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi hesabat dövründə dəyişməyib və mart ayında 28% edib.














