Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – 31 iyul 2024-cü il tarixinə cəmi öhdəliklərin 80.2%-i və ya 34 milyard 381.3 milyon manat.
Ən sərfəli manat əmanəti hansı bankdadır? - SİYAHI, ŞƏRTLƏR (Avqust, 2024)
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, depozit portfelinin 60.3%-i (20 milyard 720.3 milyon manat) hüquqi şəxslərin, 39.7%-i (13 milyard 661 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.7%-i (8 milyard 981.7 milyon manat) milli valyutada, 34.3%-i (4 milyard 679.3 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8 milyard 67.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1% və ya 317 milyon manat artaraq ilk dəfə 8 milyard manatlıq həddi keçmişdir.