2019-cu ildən etibarən Azərbaycan bankçılıq sektorunun fəaliyyəti dollarlaşmanın azalması və aktiv keyfiyyətinin yaxşılaşması hesabına güclənib.
“Fitch”: Azərbaycan MDB+ regionunda ən yüksək likvidlik səviyyəsinə malik olan ölkədir
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir.
Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz regionunda müşahidə olunan siyasi və ya geosiyasi hadisələr kənar təsirlərə məruz qalma riskini artırır və Gürcüstan (BB/Neqativ), Ermənistan (BB-/Sabit) və Azərbaycan (BBB-/Sabit) üçün suveren kredit profilləri baxımından böyük təsirə malikdir.
"Azərbaycanın güclü xarici balansı onun kredit reytinqini dəstəkləməyə davam edir. Fiskal siyasət dövlətin dayanıqlı xarici aktivlərinin qorunmasına və makroiqtisadi disbalansın artımının qarşısının alınmasına, eyni zamanda neftin qiymətinin dəyişkənliyini idarə etmək üçün kifayət qədər resursların saxlanmasına yönəldiləcək", - deyə hesabatda qeyd olunur. (Trend)