Banner

Bank

"Fitch" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqini - SABİT SAXLAYIB

"Fitch" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqini - SABİT SAXLAYIB | FED.az
10:29 14 May 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "B-" səviyyəsində, reytinq üzrə proqnozu isə "stabil" təsdiq edib.

Eləcə də bax: Fitchdən Beynəlxalq Bank haqqında - MÜSBƏT RƏY

FED.az xəbər verir ki, bankın IDR-nin bu səviyyədə təsdiqlənməsi onun həqiqi kredit gücünü əks etdirir. Bunun nəticəsi kimi, Beynəlxalq Bankın davamlılıq reytinqi (VR) "b-" səviyyəsində təsdiq olunub.

"Fitch"ə görə, bankın kredit profilinin bəzi aspektləri daha yüksək reytinq səviyyəsindədir (xüsusən aktivlərin keyfiyyəti, franşıza, maliyyələşdirmə və likvidlik), lakin ABB-nin açıq xarici valyuta mövqeyi reytinqi "B-" səviyyəsində məhdudlaşdırır. Bundan əlavə, ABB-nin aktivlərinin keyfiyyəti rasionaldır və balans hesabatındakı yüksək keyfiyyətli banklararası yerləşdirmələr və qiymətli kağızların yüksək payı ilə dəstəklənir.

"Fitch" qeyd edir ki, hazırkı iqtisadi böhranın ABB-nin maliyyələşdirilməsinə və likvidlik profilinə birbaşa təzyiqi yoxdur.
Apa

Digər xəbərlər

Banner