“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ilin sonlarına yaxın aldığı BOKT-u - “Union Kredit” MMC-ni satıb.
FED.az xəbər verir ki, məlumata görə, alqı-satqı 2018-ci ilin noyabr ayında baş tutub. Belə ki, “Finoko” 1 il ərzində “Union Kredit”in Tovuz rayonundakı işçi və müştəri bazasında yerli filialını yaradıb, bundan sonra isə kredit təşkilatı başqa bir hüquqi şəxsə satılıb.
Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Əliyevin (Müşahidə Şurasının sədri) digər 50% isə Elmar Əliyevindir (Müşahidə Şurasının üzvü).