Fed.az ın məlumatına görə, bu barədə "FINCA Azerbaijan"ın icraçı direktoru Timati Tarrant bildirib. Onun sözlərinə görə, bank transformasiya olunmaq təşkilatın hazırkı strategiyasına daxil deyil: "Ötən illər ərzində baş verən devalvasiyalardan sonra biz daha çox iqtisadi azalmanı aradan qaldırmağa çalışırıq. Ona görə də hal-hazırda bank olmaq haqqında düşünmürük. Bu məsələ bizim gələcəkdəki hədəfimizdir. Həm ölkə iqtisadiyyatının, həm də FINCA-nın daha da inkişaf etməsi bank olmaq haqqında düşünməyə səbəb ola bilər. FINCA olaraq biz fəaliyyət göstərdiyimiz hər bir ölkədə bank lisenziyası almışıq. Azərbaycanda isə hələ ki bu imkan yoxdur". "FINCA Azerbaijan" 1998-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılıb.
Marja@