Banklar bu ilin fevral ayında 287 milyon manat gəlir əldə ediblər. FED.az xəbər verir ki, bunun 189 milyonu kreditlərdən əldə olunan faiz gəlirləridir. Bankların xalis faizi isə 186 milyon manatdır.
Müqayisə üçün bildirək ki, bir ay ərzində bankların gəlirləri 2 dəfə artıb. Bankların qeyri-faiz gəlirləri də 2 dəfədən çox artaraq 70 milyon manat təşkil edir. Ölkə banklarının əməliyyat mənfəəti bir ay ərzində 2 dəfə artım göstərib və 113 milyon manata yüksəlib.
Bank sektoru aktivlər üzrə zərərlərin ödənilməsinə 30 milyon manat ehtiyyat ayırıb. Sektor mənfəətdən dövlət büdcəsinə 4 milyon 200 min manat vergi köçürüb.
30 Bankın xalis mənfəəti 141 milyon manat olub.
Fevral ayı banklara düşüb - GƏLİRLƏRİ 2 DƏFƏ ARTIB
11:19
5 Aprel 2018