Azərbaycanda prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsaitlər hesabına Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə fermerlərə ən çox kredit verən maliyyə təşkilatları və onların ayırdığı kreditlərin həcmi açıqlınıb.
Eləcə də bax: Aqrar sahədə güzəştli mikrokreditlər - FƏRMANDA DƏYİŞİKLİK NƏ BİLDİRİR?
FED.az-ın əldə etdiyi məlumata görə, indiyədək fermerlərə ümumi məbləği 7 milyon 765,4 min manat olan 803 kredit verilib. Bir kreditin orta məbləği 9670 manat təşkil edir.
İndiyədək ən çox krediti «Accessbank» ayırıb – 388 fermerə 4252 min manat.
«Bank Respublika» fermerlərə ümumi məbləği 1 milyon 52,3 min manat olan 125 kredit ayırıb.
«Unibank»ın ayırdığı kreditlərin sayı 92, ümumi məbləği 774 min manatdır.
«Yelobank» isə müxtəlif sahələrdə çalışan fermerlərə ümumilikdə 646 min manat məbləğində 75 kredlit, «Bank of Baku» isə ümumi məbləği 623 min manat olan 64 kredit ayırıb.
AKİA-nın xətti ilə kredit ayıran bank və digər təşkilatların göstəriciləri aşağıdakı kimidir.