Fermerlər üçün kredit sistemi belə işləyəcək – DETALLAR
Azərbaycanda kənd təsərrüfatı kreditləri üzrə müraciətlərin qiymətləndirilməsi üçün banklarda tətbiq edilən yeni mexanizmin necə işləyəcəyi açıqlanıb.
FED.az xəbər veir ki, yeni mexanizm - bankların istifadəsinə veriləcək skorinq sistemindən ibarətdir. Burada ölkədəki fermerlər və kənd təsərrüfatı haqqında bütün məlumatlar toplanılıb. Nəticədə fermerlərin kredit müraciətlərini qiymətləndirən banklar vəziyyəti yerində araşdırmaq və məlumatları yoxlamaq üçün bölgələrə öz əməkdaşların göndərməli və ayrıca hesablama aparmalı olmayacaqlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında AKİA-nın rəhbəri Mirzə Əliyev FED.az-a bildirib ki, yeni mexanizm kredit təhlil aləti - skorinq proqramıdır: «Bu proqram banklara imkan verəcək ki, kənd təsərrüatı mütəxəssisləri saxlamadan fermerlərin kredit müraciətlərini rahat təhlil edə bilsinlər».
Alət özündə kənd təsərrüfatının müxtəlif istiqamətlərində ən yeni məlumatlar bazasını birləşdirir: «Nəticədə müraciət edən fermerin məlumatlarını daxil edərkən, sistem banka fermerin ödəniş qalibilyyəti, ona nə qədər investisiya tələb olunduğunu və sair məlumatları hazır şəkildə təqdim edəcək. Sanki banklarda kənd təsərrüfatı işçisi oturub və bu məlumatdarı təhlil edir. Bunlar yeni məlumatlardır və mütəmadi olaraq KTN- inn Aqrar Tədqaqatlar mərkəzi tərəfindən yenilənəcəkdir».
AZALES adlanan yeni sistem Azərbaycanda fəaliyyət göstərən bütün banklara təqdim edilib və hazırda test rejimində istifadə edilir. Onun bankların məlumat bazarı ilə inteqrasiyası və istifadəyə verilməsi gözlənilir.
M.Əliyev bildirib ki, bu sistem hazırlananda müxtəlif dünya ölkələrinin təcrübəsi öyrənilib: «Hətta bir sıra bankların nümayəndələrini Avropaya göndərmişik və çoxsaylı müzakirələr aparmışıq. Və artıq indi bu sistemin bankların öz əməliyyat sistemi ilə əlaqələndirmək və kütləvi istifadəyə vermək kim hədəf durur qarşımızda».
Sistem çərçivəsində kredit klalkulyatoru da fəaliyyət göstərəcək. Bu kalkulyator vasitəsilə banklar müraciət edən fermerin kredit tələbatını real qiymətləndirə biləcəklər. Proqramda fermerlər haqqında bütün məlumatlar toplandığıa görə onların yatırıma və kreditlərə olan real ehtiyac da avtomatik hesablanacaq. Başqa sözlə, hər bir fermerə əslində nə qədər kredit tələb olunduğunu banklar avtomatik hesablaya biləcəklər. Bu da tələb olunandan artıq şəkildə kredit istənilməsi kimi mənfi halların qarşısını alacaq.
Yeni sistem banklara fermerlərin kredit qabiliyyətini də daha yaxşı qiymətləndirməyə imkan verəcək. Bu zaman fermerlərin alacağı subsidiyalar da nəzərə alınacaq.