24 iyul Kapital Bankın 150 illik yubileyi olacaq. 150 il öncə Azərbaycan bank sisteminin başlanğıcı olub.
Fərid Hüsseynov: "Ötən il "Kapital Bank" müştərilərə 3 milyona yaxın ödəniş kartı təqdim edib"
FED.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Fərid Hüseynov “Kapital Bank”ın ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Kapital Bank olaraq biz çox maraqlı bəzən çətin, bəzən çox uğurlu mərhələlərdən keçmişik və bu günə gəlib çıxmışıq. Bizim 2024-2026-cı illərin strategiyamızda əsas mərkəzdə, təməldə müştəri məmnuniyyəti durur. Biz bütün bizim layihələrdə müştərini mərkəzə qoyub onu düşünürük.
"Keçən il 100 milyon manata yaxın ödədiyimiz "Cashback" və "ƏDV" məsələsi olsun, rəqəmsallaşma ilə istənilən xarici ölkələrdə və Azərbaycanda “Kapital Bank”ın xidmətlərindən rahat və sürətli istifadəsi olsun yəni hər bir baxımdan müştərini önəmli tuturuq.
İlk öncə 5-6 milyon fiziki şəxs və 100 minlərlə olan korporativ müştərilərimizə çox təşəkkür edirəm. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, müştəriləri n həm rahatlığı həm də təhlükəsizliyi üçün hər şeyi daha da yaxşı edək və daha da yaxşı maariflədirək müştərilərimizi" - deyə sədr vurğulayıb.
"Kapital Bankın qarşısında çox böyük hədəfləri var və bu hədəflərə Kapital Bankın böyük və çox uğurlu komanda heyəti ilə addımlayacağıq. Səhv etmirəmsə bankımızın əməkdaş sayı artıq 5500-ü keçib. Biz ölkənin ən böyük təşkilatıyıq. Çox qürurvericdir ki, Kapital Bank mükəmməl iş yeri sertikatına malik olan bir bankdır. Kapital Bankın lider bank olmasına görə bizim əməkdaşlarımıza təşəkkür edirəm. Əməkdaşlarımız bundan sonra da müştərilərə gözəl məhsullar və faydalı xidmətlər təqdim edəcək. Bizim media ilə peşəkar əlaqələrimiz çox vacibdir və bundan sonrada bu əlaqələr inkişaf edəcək." -deyə Fərid Hüseynov bildirib.