Fərid Həşimov Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti “MBA-Moskva”nın Müşahidə Şurasının üzvü seçilib.
F.Həşimov bu vəzifəyə bir il müddətinə təkrarən seçilib.
O, 2016-cı ilin sentyabrında bir il müddətinə Müşahidə Şurasının üzvü seçilmişdi.
Qeyd edək ki, “MBA-Moskva”nın Müşahidə Şurasının sədri Zaur Qaraisayevdir.