Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklara inamı böyüyüb.
Azərbaycanda 11 bankın əməliyyat mənfəəti artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, 1 avqust 2021-ci il tarixinə onların banklardakı cari hesablarının həcmi 166.4 milyon manat olmuşdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq statistik göstəricilərində deyilir.
Bu da aylıq müqayisədə fərdi sahibkarların banklardakı depozitlərinin həcminin 1.03%, illik müqayisədə isə 68.42% artmışdır.
Qeyd edək ki, bu artıma əsas səbəblərdən biri sahibkarlıqla məşğul olan fiziki şəxslərin böyük əksəriyyətinin nağdsız hesablaşmalardan istifadəni artırmasıdır.
Ölkədə 1 avqust 2021-ci il tarixinə sayı 457 528 (öncəki ay: 447 660) sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesabları olmuşdur. Cari hesabların sayı isə 556 695 (öncəki ay: 544 750) olub.