ABŞ-ın federal ehtiyat sistemi əsas faiz dərəcəsini 0,25-0,50 illik faiz diapazonunda saxladı və iqtisadi proqnoz üçün qısamüddətli risklərin azaldılması barədə məlumat verdi. Nəticədə, bu il maliyyə-kredit siyasətinin sərtləşdirilməsinin bərpası üçün qapılar açmış oldu.
Amerika Mərkəzi Bankı bildirdi ki, iqtisadiyyat mülayim templərlə genişlənir və iyunda iş yerlərinin sayının artması daha da güclənmişdir. Federal Rezerv Sistemi əlavə etdi ki, ev təsərrüfatları üzrə çəkilən xərclər "əhəmiyyətli dərəcədə artdı". FRS həmçinin iş qüvvəsindən istifadə göstəricilərinin artımını da göstərdi.
Baxmayaraq ki, Federal Rezerv Sistemi bildirdi ki, inflyasiya haqqında məlumatları və dünya iqtisadiyyatında və maliyyədəki hadisələri diqqətlə izləməyə davam edir, lakin o, Amerika iqtisadiyyatını yolundan çəkindirə bilən sarsıntılar barədə də narahatdır.
İkigünlük toplantının yekunları üzrə FRS-in bəyanatında deyilirdi: “İqtisadi proqnoz üzrə verilən qısamüddətli risklər azalmışdır”.
Eyni zamanda, Mərkəzi Bank qeyd etdi ki, inflyasiya gözləntiləri son aylar ərzində çox az dəyişmişdir.
Federal Rezerv Sistemi dekabrdan bəri təxminən on il ərzində ilk dəfə alınan indikativ dəyəri artırmasına baxmayaraq, federal maliyyələşdirmənin faiz dərəcəsini artırmamışdır. FRS həmçinin 2016-cı il boyunca dörd artımın olma ehtimalını da vurğulamışdır.
Ancaq sonra Federal Rezerv Sistemi bu il faiz dərəcələrinin iki artımını proqnozlaşdırmağa başladı, həmçinin artımın uzunmüddətli proqnozunu azaltdı.
İyunda iş yerlərinin sayının artmasına və praktik olaraq tam məşğulluğun güclü olmasına baxmayaraq, inflyasiya 2-faiz oriyentirinə arxayın hərəkət nümayiş etdirməzdən əvvəl FRS rəhbərliyinin bir çox üzvləri faiz dərəcələri ilə bağlı prosesdə bir qədər diqqətli və ehtiyatlı olmağa çağırırdılar.
Hal-hazırda Federal Rezerv Sisteminin inflyasiya indikatoru 1,6 faiz səviyyəsindədir və dörd ildən çox müddətdə oriyentirdən aşağı qalır.
Dünya iqtisadiyyatında müşahidə edilən zəifləmə, maliyyə bazarlarının volatilliyi, Böyük Britaniyanın AB-dən çıxması ilə bağlı qərar ilə əlaqədar qeyri-müəyyənlik dəfələrlə FRS-in faiz dərəcələrini qaldırmaq məsələsini yubatmağa məcbur etmişdi.
Bununla belə, ABŞ iqtisadiyyatı Brexit-i praktik olaraq nəzərə almamışdı. Ən yaxşılar seriyası, gözlənildiyi kimi həmçinin maliyyə bazarında şəraitin yumşaldılmasına və iqtisadi göstəricilərin düzəlməsinə kömək etdi. Eyni zamanda bu vəziyyət gərginliyin aradan qaldırılmasına və əsəblərin sakitləşməsinə də kömək etmiş oldu.
Cari il FRS-in daha üç iclası (sentyabr, noyabr və dekabrda) keçiriləcək. Prezident seçkilərinə görə noyabrda faiz dərəcələrinin artması gözlənilmir. Bu seçkilər mərkəzi bankın iclasından bir həftə sonra keçiriləcəkdir.
İndi Federal Rezerv Sisteminin rəhbərləri ikinci rüb üzrə VVP-nin cümə günü çıxacaq birinci qiymətinə diqqəti yönəldəcəklər və bu, birinci rüblə müqayisədə arxayın artımı nümayiş etdirməlidir.
Kanzas-Sitinin FRB-nin rəhbəri Ester Corc açıq bazarda əməliyyatlar üzrə komitənin digərlərinə qarşı çıxan yeganə üzvü idi: o, son dörd iclasdan üçündə faiz dərəcələrinin qaldırılmasının lehinə çıxış edirdi.
Mənbə: Reuters