Bildiyimiz kimi, Banklar əmanətçilərə əmanət üzrə hesablanmış faizləri müqavilə ilə razılaşdırılmış formada ödəyirlər. Faizlərin ödənilməsi üsulları arasında ən geniş yayılanları faizlərin “aylıq” və ya “əmanət müddətinin sonunda” alınmasıdır.
FED.az xəbər verir ki, bəzi banklarda ödəniş üsulu olaraq rüblük, yarımillik və illik variantlar da təklif edilsə də, əmanətçilər tərəfindən ən çox tərcih edilən üsullar məhz qeyd edilənlərdir (aylıq və ya müddətin sonu).
Son dövrlərdə ölkənin Bank sektorunda məhsul baxımından müsbət tendensiyaların olması əmanət məhsullarına da öz təsirini göstərib. Belə ki, öz kredit və qeyri-kredit məhsullarını müştərilər üçün cazib şəkildə dizayn edən Banklar bu proses zamanı müştəri istəkləri ilə yanaşı beynəlxalq təcrübələrdən də faydalanır. “Faizlər öncədən ödənilən” əmanət məhsulunu bu qrup məhsullardan hesab edə bilərik. Bu məhsulda sırf müştəri istəkləri nəzərə alınıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az kredit verilən sahələr – AÇIQLANDI
Əmanət müddəti ərzində vəsaitin artırılmasına yol verilmir;Bu əmanət məhsulunun əsas üstünlüyü ondan ibarətdir ki, müştəri əmanət üzrə hesablanacaq faizləri almaq üçün ay və ya müddət sonunu gözləmir. Faizləri əmanət yerləşdirən gün alan müştəri həmin vəsaiti şəxsi ehtiyacları üçün istifadə edə və ya yenidən əmanət şəklində yerləşdirə bilər. Bu növ əmanətlər haqda digər önəmli məqamları diqqətinizə çatdırmaq istərdik.
- Əmanət müqaviləsi müştəri tərəfindən pozularsa ödənilmiş faizlər geri alınır və ya cərimə tətbiq edilir.
- Əmanət üzrə cəlbetmə faizləri, aylıq və ya müddətin sonu ödənilən əmanətlərə nisbətən aşağıdır.
İndi isə bu əmanət məhsulunu təklif edən Banklar və şərtlər haqqında məlumatı Sizlərə təqdim etmək istərdik:
Bank |
Əmanətin adı |
Valyuta |
Minimal məbləğ |
Əmanətin müddəti |
İllik faiz dərəcəsi |
Amrahbank |
Avans əmanəti |
AZN / USD / EUR |
1000 AZN / USD / EUR |
12 ay |
AZN – 11%USD – 3.0%EUR – 1.2% |
Azər Türk Bank |
Avans əmanəti |
AZN |
1000 AZN |
12 ay |
AZN – 6% |
Expressbank |
Əlavə fürsət əmanəti |
AZN |
500 AZN |
12 ay |
AZN – 9% |
Muğanbank |
Avans əmanəti |
AZN / USD |
1000 AZN / USD |
12 ay |
AZN – 12%USD – 3.0% |
NBC Bank |
Universal depozit |
AZN / USD / EUR |
200 AZN / USD / EUR |
12 ay / 24 ay / 36 ay |
12 aylıq əmanətlərAZN – 11%, USD/EUR – 2.75%24 aylıq əmanətlərAZN – 10.5%, USD/EUR – 2.50%36 aylıq əmanətlərAZN – 10 %, USD/EUR – 2.25% |
Unibank |
Faizlər əvvəlcədən |
AZN |
500 AZN |
12 ay |
AZN – 9% |