30 iyun 2025-ci il tarixinə Azərbaycanda 10 bank üzrə faiz xərclərinin dinamikasında ciddi artımlar müşahidə edilib.
FED.az bankların maliyyə göstəricilərinə istinadən xəbər verir ki, əksər bankların faiz xərcləri həm mütləq məbləğdə, həm də faizlə əhəmiyyətli dərəcədə böyüyüb.
Faiz xərclərinin artımına görə ilk pillədə “Kapital Bank” ASC qərarlaşıb. Bankın faiz xərcləri 92 milyon 278 min manat və ya 99,6% artıb.
İkinci yerdə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC gəlir. ABB-nin faiz xərcləri 85 milyon 168 min manat (88,1%) artıb.
“Ziraat Bank Azərbaycan” ASC-nin xərcləri 6 milyon 757 min manat (83,3%), “PAŞA Bank” ASC-nin xərcləri 38 milyon 858 min manat (81,1%), “Azər Türk Bank” ASC-nin xərcləri isə 15 milyon 983 min manat (80,3%) artıb.
Siyahıda növbəti yerlərdə qərarlaşan bankların faiz xərclərinin artım dinamikası isə aşağıdakı kimidir:
-
“Yapı Kredi Bank Azərbaycan” QSC - 1 milyon 924 min manat (75,4%)
-
“Expressbank” ASC - 4 milyon 560 min manat (51,1%)
-
“Xalq Bank” ASC - 11 milyon 100 min manat (46,5%)
-
“Bank Respublika” ASC - 16 milyon 360 min manat (40,0%)
-
“Unibank KB” ASC - 9 milyon 106 min manat (24,0%)