Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə 6 bankın faiz xərcləri 50 milyon manatdan çox olub.
Faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı faiz xərclərinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, faiz xərcləri ən çox olan bank «ABB» olub. Bankın faiz xərcləri 219,7 milyon manat təşkil edir. Ənənəvi olaraq ikinci yerdə 164,7 milyon manat faiz xərci ilə «Kapital Bank» dayanıb. Bu bankları 110 milyon manat faiz xərci ilə «PAŞA Bank» izləyib.
Faizlərə daha çox xərci çıxan digər bank «Bank Respublika» olub. Bu bankın faiz xərclərinin həcmi 63,4 milyon manat təşkil edib.
Siyahının beşinci yerində 61,1 milyon manat faiz xərci ilə «Unibank», altıncı yerində 56,4 milyon manat faiz xərci ilə «Accesbank» dayanıb.













