Azərbaycanda bu ilin birinci yarısının sonuna olan vəziyyətə görə 7 bank faiz gəlirlərini ötən ilin eyni dövrü ilə müqayisədə 20 milyon manatdan çox artırıb.
Faiz gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2025/30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı faiz gəlirlərinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, faiz gəlirlərini ən çox artıran bank «ABB» olub. Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 81,5 milyon manat (15,3%) artaraq 613,2 milyon manata çatıb.
«Kapital Bank»ın faiz gəlirləri 69,2 milyon manat (12,3%) artaraq 630,7 milyon manata, «PAŞA Bank»ın faiz gəlirləri 30,1 milyon manat (11,7%) artaraq 287,7 milyon manata yüksəlib.
«Unibank»ın faiz gəlirləri 143,3 milyon manat (23,9 milyon manat və ya 21,2% çox), «Ziraat Bank Azərbaycan»ın faiz gəlirləri 57,7 milyon manat (23,6 milyon manat və ya 69,3% çox) təşkil edib.
Bundan başqa «Bank of Baku» və «Bank Respublika» da faiz gəlirlərini 20 milyon manatdan çox artırıb. Bu bankların faiz gəlirləri müvafiq olaraq 21,7 milyon manat (105,3 milyon manat / 26%) təşkil edib.













