"Expressbank" ASC-nin rəhbərliyində ciddi dəyişiklik baş verib. FED.az xəbər verir ki, bankın Müşahidə Şurasının sədri Fəxrəddin Bağırov təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb. Qeyd edək ki, bu xəbəri APA bank sektorundan əldə etdiyi məlumata əsasən yayıb.
Onu indiyədək İdarə Heyətinin sədri vəzifəsini tutan Emin Məmmədov əvəzləyəcək.
Mənbə qeyd edib ki, öz növbəsində E. Məmmədovu İlham Həbibullayev əvəz edəcək. İ.Həbibullayev indiyədək İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Artıq hüquqi prosedurların icrasına başlanılıb. Bu prosedurlar başa çatdıqdan sonra təyinatlar rəsmiləşəcək və ictimaiyyətə açıqlanacaq", - deyə həmsöhbətimiz bildirib.