Azərbaycanın aparıcı banklarından olan «Expressbank» 2022-ci ilin 2-ci rübünü mənfəətlə başa vurub, bankın gəlirləri və aktivləri artıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin 2-ci rübünün sonuna «Expressbank»ın faiz gəlirləri 19,4% artaraq 23 milyon 566 min manata yüksəlib.
Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon manat artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 22 milyon 197 min manatı bankın kredit portfelinin gətirdiyi gəlirlərdir. Ötən illə müqayisədə bu məbləğ 4 milyon manatdan çox artıb. Hesabat dövründə bank qiymətli kağızlardan 1,3 milyon manat gəlir lədə edib.
Bu dövrdə bankın faiz xərcləri də 44% artaraq 4,66 milyon maata yüksəlib. İlk yarım «Expressbank» bankda depoziti olan şəxslərə 3,6 milyon manat faiz ödəyib, bu əvvəlki illə myüqayisədə 51% artıqdır.
Nəticədə bank, ilk yarım ili 18,9 milyon manat xalis faiz gəliri ilə başa vurub (ötən ilə nisbətən 2,4 milyon manat və ya 14,6% artım).
İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 8 milyon 821 min manat olub. Bunun 5,4 milyon manatı haqq və komissiya gəlirləri, 3,3 milyon manat isı xarici valyutalarla əməliyyatlardan gələn gəlirlərdir.
Ötən illə müqayisədə bankın qeyri-faiz gəlirləri 2 milyon manatdan çox və ya 30,6% artıb.
«Expressbank»ın qeyri-faiz xərcləri isə 2,4 milyon manat və ya 14,2% artaraq 18,8 milyon manata yüksəlib. Qeyri-faiz xəclərində artımın böyük hissəsi əmək haqqı xərclərinin payına düşüb. İlk yarım ildə «Expressbank»ın əmək haqqı fondu 1,6 milyon manat və ya 21% artaraq 8,6 milyon manata yüksəlib.
Nəticədə bank ilk yarım ili 8 milyon 895 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bunu üzərinə vaxtilə mümkün zərərlər üçün ayrılmış ehtiyatlardan geri qayıdan 869 min manat da gəldikdə, «Expressbank»ın vergidən əvvəlki mənfəəti 9 milyon 764 min maata yüksəlib.
Təqribən 1 milyon dollar – mənfəət vergisi ödənişindən sonra bankın xalis mənfəəti 8 milyon 28 min manata bərabər olub. Bu əvvəlki ildən 2,4 milyon manat və ya 42% artıqdır.
Hesabat dövründə «Expressbank»ın aktivləri 18 milyon manat və ya 5% artaraq 369 milyon manata yüksəlib. Artımın əsas ağırlığı kredit portfelinin üzərindədir – ilk yarım ildə xalis kreditlər 15 milyon manat artaraq 250 milyondan 265 milyon manat yüksəlib. Bank kredit portfelini artırmaq üçün sərəncamındakı qiymətli kağızların həcmini 12 milyon manat azaldaraq 39 milyondan 27 milyon manata endirib.
Bankdakı nağd vəsaitlər 7 milyon artaraq 32 milyona, digər aktivlər isə 9,5 milyon manat artaraq 28 milyon manata çatıb.
İlk yarım ildə «Expressbank»ın öhdəlikləri 10 milyon manat artaraq 237 milyon manata yüksəlib. Bunun 165 milyon manatı bankdakı depozitlərdir – hesabat dövründə bankda həm şirkətlərin, həm də fiziki şəxslərin depozitlərində artım olub.
2022-ci ilin 2-ci rübünün sonuna bankın kapilatı 9 milyon manata yaxın artaraq 132 milyon manatı keçib. Bunun 112,2 milyon manatı səhmdarların banka yatırdığı vəsaitdir. Bankda bölüşdürülməyən mənfəət isə 15 milyon manatdan artıqdır.