“Expressbank” ASC 2018-ci il ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Expressbank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankınn hesabat dövrü ərzinə faiz gəlirləri 23 mln 115 min manat, faiz xərcləri isə 6 mln 567 min manat olub. Sonda xalis faiz mənfəəti 2018-ci ilin 3-cü rübündə ilin əvvəli ilə müqayisədə 4,54% azalaraq 18 mln 284 min manata enib, əməliyyat mənfəəti də 2,34 dəfə azalaraq 3 mln 824 min manat təşkil edib.
Eləcə də bax: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR
“Expressbank” ASC-in 2018-ci ilin ilk 9 ayında mənfəəti 3 mln 155 min manat təşkil edib. Xatırladaq ki, bank 2018-ci lin 2-ci rübünü 992 min manat mənfəətlə, 2017-ci ilin yekununu da 2 mln 26 min manat mənfəətlə başa vurub.
FED.az “Expressbank”ın “Balans” hesabatına istinadən bildirir ki, bannkın hesabat dövründə cəmi altivləri ilin əvvəlinə nəzərən 46,42% artaraq 460 mln 256 min manat , cəmi kapital da 2,04% artaraq 147 mln 268 min manata çatıb.
Bankın 2018-ci ilin 3-cü rübündə kredit portfeli ilin əvvəlinə nisbətən 30,26% artaraq 218 mln 330 min manat, depozit portfeli 88,87% artaraq 273 mln 742 min manata yüksəlib.
“Expressbank”ın mənfəəti artıb - HESABAT
15:24
30 Okt 2018