"Expressbank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub. Mehman Məmmədov "Expressbank" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Bu təyinatadək M. Məmmədov "Expressbank"da Kredit departamentinin direktoru vəzifəsində işləyib.
Beləliklə, İdarə Heyətinin üzvlərinin sayı 3-ə çatıb.
Bu yaxınlarda uzun illər İdarə Heyətinin sədri olmuş Emin Məmmədov Müşahidə Şurasının sədri təyin olunub. Ardınca İlham Həbibullayev İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Orxan Vahabov isə İdarə Heyəti sədrinin müavini təyin olunub.