Yeni il Expressbankın plastik kart sahibləri üçün ikiqat bayramdır. Çünki onlar gündəlik alış-verişlərini Expressbankın ödəniş kartları ilə etməklə həm xərclədikləri vəsaitin bir hissəsini geri alır, həm də lotereyada iştirakçı olaraq dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər.
Bankdan verilən məlumata görə, Yeni il lotereyasının şərtlərinə görə, POS-terminallar vasitəsi ilə ölkədaxilində Expressbankın plastik kartları ilə minimal olaraq 20 AZN və daha çox həcmdə nağdsız ödəniş edən bütün müştərilər hər alış-veriş zamanı hədiyyə qazanmaq üçün 1 şans əldə edirlər. Aksiya 6 dekabr 2016-cı il - 6 yanvar 2017-cı il tarixləri aralığında bütün alış-veriş məntəqələrində aparılmış nağdsız ödənişlərə şamil olunur.
Uduş fondu 3 smartfon və 1 planşetdən ibarətdir. Belə ki, müştərilər 2 ədəd Samsung Galaxy Note Edge, 1 ədəd Samsung Galaxy S5 mini və 1 ədəd Samsung Galaxy Tab 4 uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, "Xərclərinizi gəlirə çevirin" şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbankın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.
Expressbankın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.