İstər biznes krediti, istər nağd pul kreditini Expressbank-da əldə etmək daha rahatdır! Xüsusilə nəzərə alsaq ki, Expressbank hər iki istiqamətdə mütəmadi olaraq xüsusi təklifləri ilə daima seçilir.
Belə ki, Expressbank 19 martadək davam edəcək kampaniyanın şərtlərinə əsasən,
30 000 AZN-dək nağd pul kreditini müddət və əmək haqqı məbləğindən asılı olmayaraq hamıya illik 15,5% ilə təklif edir.
İllik cəmi 15,5%! Bu qədər sərfəli faizlə ayrılan nağd pul krediti üzrə 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə aylıq kredit ödənişlərini daha da rahat nizamlamağa imkan verəcək.
Sözü gedən “Sağlıqla xərcləyin” adlı kampaniyadan rəsmi iş yeri olan bütün müştərilər faydalana bilərlər. Bu kampaniyanı məhz Novruz bayramı öncəsi təklif etdik ki, minlərlə müştəri güzəştli kredit şərtlərindən yararlanıb bayramı daha da xoş əhval-ruhiyyə ilə qarşılasın.
Tələsin, kampaniya martın 19-dək davam edir!
İş günləri banka yaxınlaşa bilməyən müştərilər şənbə günləri saat 10:00-dan 15:00-dək Bakıda Nəsimi və Əhmədli filiallarına, digər şəhərlərdə yaşayan müştərilərimiz isə Sumqayıt, Gəncə, Bərdə və Mingəçevir filiallarımıza yaxınlaşa bilərlər. Müştərilərin rahatlığı üçün onlayn müraciət imkanı da mövcuddur.
Belə ki, nağd pul kreditini üzrə müraciət etmək üçün https://www.exb.az/loans/cash/ linkində sifariş formasını doldurmaq mümkündür.
Bundan əlavə “Expressbank” biznesin genişləndirilməsi istiqamətində kiçik və orta sahibkarlar, həmçinin, iri biznes sahibləri üçün də müxtəlif şərtlərlə sərfəli məhsullar təklif edir. Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.