«Expressbank» tərəfindən müştərilərə təqdim olunan “Klassik Əmanət” üzrə faiz dərəcələrində artımlar müşahidə edilib.
Manat və dollar əmanəti hansı bankda – DAHA SƏRFƏLİDİR? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə yeni faizlərdə artım gözdən qaçmır.
Bankın əvvəlki ayda açıqladığı “Klassik Əmanət” məhsulunda manatda faizlər (müddətin sonu ödənildikdə) 6 aylıq əmanətlər üçün 6%, 12 aylıq əmanətlər üçün 9%, 18 aylıq əmanətlər üçün 9,25%, 24 aylıq əmanətlər üçün 9,5% və 36 aylıq əmanətlər üçün 10% təşkil edirdissə, dekabrda bu rəqəmlər artaraq 6 aylıq əmanətlə üçün 7%, 12 aylıq əmanətlər üçün 10%, 18 aylıq əmanətlər üçün 10,25%, 24 aylıq əmanətlər üçün 10,5% və 36 aylıq əmanətlər üçün 11% müəyyən olunub. Qısaca desək əmanətçilər “Klassik əmanət” üzrə AZN valyutasında faizləri müddətin sonunda götürdükdə keçən aya nisbətdə 1% daha çox gəlir əldə edəcəklər.
Başqa göstəricilərdə dəyişiklik edilməyib.
Onuda vurğulayaq ki, bank tərəfindən təqdim edilən təklif 29 dekabr 2023-cü ilədək keçərlidir.