«Expressbank» bu ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 70,2 milyon manat, faiz xərcləri 26,6 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 9,6 milyon manat (15,8%), faiz xərcləri 5,5 milyon manat (26,1%) artıb.
Hesabat dövründə «Expressbank»ın faiz gəlirlərinin böyük hissəsi - 95,2%-i müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin payına düşüb. Kreditlərdən faiz gəlirləri 66,8 milyon manat olmaqla, illik müqayisədə 8,9 milyon manat (15,4%) artıb.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 265 min manat, Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 894 min manat, ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 2 milyon manat, digər gəlirlər 268 min manat təşkil edib.
26,6 milyon manatlıq faiz xərclərinin böyük hissəsini ənənəvi olaraq depozitlərə ödənilən faizlər təşkil edib - 20,5 milyon manat. Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2,7 milyon manat, digər faiz xərcləri 3,3 milyon manat təşkil edib.
Yekunda xalis faiz gəlirləri 43,6 milyon manat olub ki, bu da, illik müqayisədə 4 milyon manat, yaxud da 10,1% daha çoxdur.
Hesabat dövründə «Expressbank»ın qeyri-faiz gəlirləri 14,6 milyon manat, qeyri-faiz xərcləri 39,7 milyon manat təşkil edib. İllik müqayisədə qeyri-faiz gəlirləri 167 min manat (1,1%), qeyri-faiz xərcləri 1 milyon manat (2,6%) artıb.
Şirkətin alınan haqq və komissiya gəlirləri 10,8 milyon manat, xarici valyutadan gəlirləri 3,6 milyon manat, digər gəlirləri 135 min manat olub.
Hesabat dövründə «Expressbank» əməkdaşlarına 19,2 milyon manat əməkhaqqı ödəyib. Ümumi və inzibati xərclər 6 milyon manata, amortizasiya xərcləri 1,3 milyon manata, digər xərclər 13,2 milyon manata bərabər olub.
Bu ilin ilk 9 ayında bankın əməliyyat mənfəəti 18,5 milyon manat olub. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarındakı 15,3 milyon manatlıq əməliyyat mənfəətindən 3,2 milyon manat (20,9%) daha çoxdur.
Bəhs olunan dövr ərzində bankın mənfəət vergisindən əvvəlki mənfəəti 12,5 milyon manat, mənfəət vergisi xərci 2,5 milyon manat olub. Yekunda bank 9 ayı 9,9 milyon manat xalis mənfəətlə bağlayıb ki, bu da, illik müqayisədə 3,9 milyon manat (65%) daha çoxdur.
Cari ilin üçüncü rübünün sonunda «Expressbank»ın cəmi aktivləri 725,4 milyon manat olmaqla, ilin əvvəlindən bəri 58,7 milyon manat (8,8%) artıb. Aktivlərin 81,7%-ini kredit potfeli tutub.
Kredit portfeli son 9 ayda 42,7 milyon manat və ya 7,8% artaraq 592 milyon manata yüksəlib. Kredit portfelinin 40,3%-ini istehlak kreditləri, 37,7%-ini biznes kreditləri, 22%-ini daşınmaz əmlak kreditləri tutub.
İlin əvvəlindən bəri istehlak kreditləri 10,6 milyon manat (4,6%) artaraq 239 milyon manata, biznes kreditləri 23,8 milyon manat (12%) artaraq 223 milyon manata, daşınmaz əmlak kreditləri 8,3 milyon manat (6,8%) artaraq 130,4 milyon manata yüksəlib.
Bundan başqa, nağd pul vəsaitləri və onların ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 47,7 milyon manat, ticarət və investisiya qiymətli kağızları 59,4 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər 9,3 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər 3,5 milyon manat təşkil edib.
Cari ilin sentyabr ayının sonunda bankın cəmi öhdəlikləri 594,5 milyon manat olub. Bu, ilin əvvəlindəki 540,4 milyon manatdan 54,1 milyon manat (10%) daha çoxdur. Öhdəliklərin 62,6%-i depozit porfetlinin payına düşüb.
Depozit portfeli ilin əvvəlindən bəri 60,8 milyon manat və ya 19,5% artaraq 372,2 milyon manata bərabər olub. Depozitlərin 88,7%-i fiziki şəxslərin depozitlərinin, 11,3%-i hüquqi şəxslərin depozitlərinin payına düşüb. Son 9 ayda fiziki şəxslərin depozitləri 70,3 milyon manat (27,1%) artaraq 330 milyon manata yüksəlib, hüquqi şəxslərin depozitləri 9,5 milyon manat (18,4%) azalaraq 42,2 milyon manata düşüb.
Eyni zamanda, kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklərin həcmi 197,8 milyon manata, cari vergi öhdəlikləri 2,5 milyon manata, digər öhdəliklər 22,1 milyon manata bərabər olub.
Nəticədə, bu ilin üçüncü rübünün sonunda «Expressbank»ın cəmi kapitalı 130,9 milyon manat olmaqla, son 9 ayda 4,5 milyon manat (3,6%) artıb. Kapitalın 112,5 milyon manatı səhmdar kapitalının, 11,7 milyon manatı bölüşdürülməmiş mənfəətin, 6,7 milyon manatı ümumi ehtiyatların payına düşüb.








![«Expressbank»da artımlar davam edir – [red]MƏNFƏƏT 65% ARTIB – BÖYÜMƏ SÜRƏTLƏNİB - HESABAT[/red] | FED.az](/upload/news/small/1184877.jpg)
![«Expressbank»da artımlar davam edir – [red]MƏNFƏƏT 65% ARTIB – BÖYÜMƏ SÜRƏTLƏNİB - HESABAT[/red] | FED.az](/upload/news/small/2714013.jpeg)
![«Expressbank»da artımlar davam edir – [red]MƏNFƏƏT 65% ARTIB – BÖYÜMƏ SÜRƏTLƏNİB - HESABAT[/red] | FED.az](/upload/news/small/1370145.jpeg)









