Azərbaycanın ilk kommersiya banklarından biri olan “Expressbank” ASC 2020–ci ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Eləcə də bax: "Expressbank"la hesablarınızı məsafədən açın!
FED.az xəbər verir ki, hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın xalis faiz gəliri 20.1% faiz artaraq 23 milyon 960 min manat, 2020-ci ilin yanvar-sentyabr dövründə bankın cəmi əməliyyat mənfəəti isə 9 milyon 635 min manat təşkil edib. Qeyri faiz xərclərinə 11% qənaət edərək Bank, cari ilin 9 ayını 7 milyon 426 min manat xalis mənfəətlə başa vurub.
Sərfəli kredit tarifləri, müştərilərə göstərilən yüksək xidmət və xüsusi yanaşma hüquqi şəxslərin və sahibkarların banka olan etimadını və inamını artırır. Belə ki, keçən rüb ilə müqayisədə hüquqi şəxslərin və sahibkarların depozit portfeli 25%, yəni 4 milyon 679 min manat artaraq 23 milyon 150 min manat təşkil edib. Bankın biznes kreditlərində də artım müşahidə olunub, belə ki, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri üçün ayrılan kreditlərin həcmi 9.5 % artmışdır.
2020-ci ilin III-cü rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, keçən rüb ilə müqayisədə 30 sentyabr 2020-ci il tarixinə Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı yüksələrək 44.8%, məcmu kapitalın adekvatlıq əmsalı 49.1%, leverec əmsalı isə 34% təşkil edib. İkinci rüb ilə müqayisədə Bankın məcmu kapitalı 595 min manat yüksələrək 118 milyon 98 min manat təşkil edib. Bu da, müəyyən edilmiş normativlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz