“Expressbank” sadəcə maliyyə sektorunda deyil, sosial məsuliyyət ehtiva edən sahələrdə də fəal iştirak etməkdədir.
Eləcə də bax: “Apple Pay” artıq “Expressbank” mobil tətbiqində!
FED.az xəbər verir ki, bank Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün dəstəyini davam etdirir. Daha öncələri şəhid ailələrinə dəstək olan bank, bu dəfə isə vətən uğrunda gedən döyüşlərin iştirakçısı, Gəncə şəhər sakini Fətullayev Seymur Vidadi oğluna məşğulluğunun təmin edilməsi üçün “Parket və taxta döşəmə cilalanması” avadanlıqlarını təqdim etmişdir.
“Expressbank” proqram çərçivəsində indiyədək 43 vətəndaşı müxtəlif istiqamətlər üzrə məşğulluq avadanlıqları ilə təmin etmiş və bundan sonra da digər vətəndaşlara dəstəyini göstərməyə davam edəcəkdir. Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında davam edir.