Sosial məsuliyyət xarakterli tədbirləri və layihələri daim öz fəaliyyətinin ayrılmaz hissəsi sayan və bu istiqamətdə aktiv iştirak edən “Expressbank”, bu dəfə isə 1 İyun-Uşaqların Müdafiəsi Gününə həsr edilmiş “Ürəkdən ürəyə” adlı korporativ qan vermə aksiyasını təşkil etmişdir.
Eləcə də bax: “Expressbank” şəhid ailəsinə - DƏSTƏK OLDU!
“Korporativ Sosial Məsuliyyət” layihələri çərçivəsində baş tutan aksiyada əməkdaşların qan vermədən öncə tibbi müayinələri edilmiş və toplanan qan ehtiyatı aidiyyəti üzrə Mərkəzi Qan Bankına təqdim edilmişdir.
“Expressbank” gələcəkdə də bu növ layihələr üzrə fəaliyyətini davam etdirəcəkdir.