Expressbank 2018- ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində 5 nominasiya üzrə qalib bankları mükafatlandırıb.
Expressbank plastik kartlarla POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülüb. Bank “Təmassız pos- terminal infrastruktruru üzrə lider bank” nominasiyasında ikinci yerin sahibidir.
Bu uğurların məntiqi təsdiqi olaraq mövcud bazarda artıq məşhurlaşmış “Expresso” və “Smilecard” plastik kartların ötən illə müqayisədə sayı 37%, nağdsız əməliyyatlar üzrə dövriyyəsi isə 2 dəfədən çox artıb.
Eyni zamanda nağdsız ödənişlərin inkişafının təbliğinə dəstək verən, geniş şəbəkəyə malik olan Expresspay ödəniş terminalının xidmətlərinin yüksək dəyərləndirilməsi layihənin uğurunun daha bir sübutudur.
Bankın fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi və biznes xidmətlərinin avtomatlaşdırılması böyük rol oynadığından görülən bir sıra tədbirlər nəticəsində maliyyə əməliyyatlarının həcmində nağdsız qaydada aparılan əməliyyat payının çəkisi olduqca artmışdır. Bununla da bazar iştirakçılarının dəyərləndirilməsi əsasında Expressbank “Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasında üçüncü yeri qazanmışdır.
Bununla kifayətlənməyərək bank müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək.
Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 75 bankomatı, 4000-dək POS terminal və 700-dən artıq “ExpressPay” ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya , bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə (www.facebook.com/Expressbank; www.instagram.com/expressbank_official/ ) daxil ola bilərsiniz.
"Expressbank" təmassız ödəniş kartları üzrə lider bank elan edildi
12:29
1 Mart 2019