Sadəcə maliyyə və sosial layihələri deyil, həm də müasir dövrün çağırışlarına cavab verən təhsil sahəsi üzrə proqramlarını da gerçəkləşdirməkdə aparıcı yerlərdən birini tutan “Expressbank”, bu ənənəsinə davam edir. “Expressbank” gənclərin və tələbələrin maarifləndirilməsi, karyera istiqamətlərinin formalaşması və inkişafı üçün “Express İT Academy” yay təcrübə proqramını elan edib.
“Express İT Academy” yay təcrübə proqramı çərçivəsində İnformasiya Texnologiyaları sahəsi üzrə təhsil alan və karyera planlamasını bu istiqamət üzrə qurmaq istəyən tələbələr 3 ay ərzində “Expressbank”ın “Express İT Academy” yay təcrübə proqramında təcrübə keçə bilərlər. Proqramın əsas məğzlərindən biri də “İT” sahəsinin inkişafına və gənclərin təhsil sahəsində “İT” biliklərinin tətbiqinə dəstəkdir. Onlar proqram müddətdə “Front-end” və “Back-end” sahəsi, “IOS” və “ Android” proqramları və digər texniki biliklərə yiyələnəcəklər. Həmçinin iştirakçılar “İT” həllərinə aid qazanacaqları bacarıqlarını əyani olaraq real tapşırıqlar əsasında çalışaraq da test edəcəklər. Təcrübə proqramını uğurla başa vuran gənclər isə işlə təmin olunacaqlar. Həmçinin “İT” sahəsi üzrə təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri də öz bilk və bacarıqlarını daha da təkmilləşdirmək üçün təcrübə proqramına müraciət edə bilərlər.
Təcrübə proqramına müraciət etmək üçün CV-ləri [email protected] bu mail ünvanına göndərə bilərsiniz.