"Expressbank"ın xüsusi layihələrindən olan "Expressclub" müştərilərini sevindirməyi davam edir. Bu günə qədər 450000 AZN-dən çox cashback qazandıran "Expressclub" ətrafına topladığı tərəfdaşlar şəbəkəsini günbəgün artırır.
FED.az xəbər verir ki, "Expressbank"ın plastik kart sahibləri 1000-ə yaxın satış nöqtələrində alış-veriş zamanı xərclədikləri vəsaitin 30%-dək hissəni geri alırlar. Bu məbləği həm nağdlaşdırmaq, həm də yenidən nağdsız alış-verişdə istifadə edərək növbəti xərcləri də gəlirə çevirmək mümkündür.
"Expressclub" layihəsinin mobil əlavəsi müştərilərin işini bir az daha rahatlaşdırır. Bankın tərəfdaşlıq etdiyi mağazalar şəbəkəsinin ünvanları, keçirdiyi aksiya, kampaniya və endirimlər mobil əlavədə öz əksini tapıb. Həmçinin mobil əlavə vasitəsi ilə müştərilər son 90 gün ərzində nə qədər cashback qazandıqlarını da görə bilirlər.
Bütün bu imkanlardan yararlanmaq üçün sadəcə "Expressbank"dan plastik kart sahibi olmaq kifayətdir. Plastik kart sifarişi üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsi ilə onlayn sifariş edə bilərsiniz.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.