Azərbaycanın aparıcı banklarından olan «Expressbank» 2021-ci ilin 3-cü rübünü mənfəətlə başa vurub.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri təqribən 3% artaraq 30,8 milyon manat təşkil edib. Faiz gəlirlərinin 28,3 milyon manat kreditlər üzrə əldə edilən faizlərin, 2,2 milyon manat isə qiymətli kağızlardan gəlirərin payına düşür. Yeri gəlmişkən, qiymətli kağızlardan gəlir ötən illə müqayisədə 50% artıb.
Bu dövrdə bankın faiz xərcləri təqribən 700 min manat azalaraq 6 milyon manatdan 5,3 milyon manata enib. Bu vəsaitin 4 milyon manatını bank əmanətlər üzrə faiz kimi ödəyib.
Beləliklə «Expressbank» 2021-ci ilin 9 ayını 25,5 milyon manat xalis faiz gəliri ilə başa vurub.
3-cü rüün nəticələrinə görə, bankın qeyri-faiz gəlirləri təqribən yarım milyon manat artaraq 10 milyon manatı keçib. Qeyri-faiz gəlirlərinin 7,5 milyon manatı haqq və komissiya gəlirlərinin payına düşüb.
Əvəzində bank milyon 373 min manat təşkil edib. Haqq və komissiyalardan gəlirlər 26% artaraq 7,7 milyon manatı keçib – burada demək olar dəyişiklik yoxdur. Əvəzində bankın valyuta əməliyyatlarından gəlirləri yarım milyon manat artaraq 2,5 milyona yüksəlib.
Bankın qeyri-faiz xərcləri də 3,6% artaraq 25,2 milyon manata yüksəlib. Bunun 10,8 milyon manatı əmək haqqına, 4,8 milyon manat isə inzibati xərclərə sərf edilib. Hər iki xərc maddəsi müvafiq olaraq 400 min manat və 200 min manat azalıb.
Nəticədə bank 9 ayı 10 milyon 436 min manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən il bu göstərici 9 milyon 230 min manat idi.
1,7 milyn manatlıq mənfəət vergisini də ödədikdən sonra bankın xalis mənfəəti 8 milyon 127 min manat təşkil edib. Bu ötən ilin eyni göstəricisindən 700 min maat artıqdır.
2021-ci ilin 9 ayında «Expressbank»ın aktivləri təqribən 5% artaraq 328,8 milyon manat olub. Kredit portfeli 35 milyon manatdan çox artaraq 194,4 milyon manatdan 229,8 milyon manata yüksəlib.
Yeri gəlmişkən, bank bu il qiymətli kağızlara yatırımları təqribən 8 milyon manat azaldaraq 46 milyon manatdan 38 milyon manata endirib, əldə edilən vəsaitləri kreditə yönəldib.
Nəticədə bankın portfelində istehlak kreditləri 130,8 milyon manat (14,7% artıb), biznes kreditləri 78,8 milyon manat (20% artıb), daşınmaz əmlak kreditləri isə 32,6 milyon manat (7% artıb) təşkil edib.
Bu dövrdə bankın depozit portfeli 20 milyon manat artaraq 138 milyon manat təşkil edib. Artım həm fiziki şəxslərin əmanətləri (18 milyrn manat artaraq 111,3 milyon manat təşkil edib), həm də hüquqi şəxslərin depozitləri (1,8 milyon manat artaraq 27 milyon manata yüksəlib) hesabına baş verib.
Əsas göstəricilərdən biri – bu ilin 9 ayında «Expressbank» borc qiymətli kağızları üzrə öhdəliklərini 5,5 dəfə azaldaraq 19,6 milyon manatdan 3,5 milyon manata qədər «yüngülləşdirib».
Bankın kapitalı isə 8,4 milyon manat artaraq 121 milyondan 129,4 milyon manata yüksəlib.