Bu ilin üçüncü rübünün sonunda «Expressbank»ın kredit portfeli 592,4 milyon manata yüksəlib.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kredit porfeli ilin əvvəlindən bəri 42,7 milyon manat və ya 7,8% artıb.
İlin əvvəlindən bəri istehlak kreditləri 10,6 milyon manat (4,6%) artaraq 239 milyon manata, biznes kreditləri 23,8 milyon manat (12%) artaraq 223 milyon manata, daşınmaz əmlak kreditləri 8,3 milyon manat (6,8%) artaraq 130,4 milyon manata yüksəlib.
Kredit portfelinin 40,3%-ini istehlak kreditləri, 37,7%-ini biznes kreditləri, 22%-ini daşınmaz əmlak kreditləri tutub.
Qeyd edək ki, üçüncü rübün sonunda «Expressbank»ın cəmi aktivləri 725,4 milyon manat olmaqla, ilin əvvəlindən bəri 58,7 milyon manat (8,8%) artıb.















