Bu gün xalqımız həmişə olduğundan da artıq birlik nümayiş etdirir. Yaşlı nəsilə qayğı, bir-birinə dəstək, səbr və təmkinlilik bu günlərdə bizdən tələb olunan və amansız xəstəliklə mübarizə üçün ən əsas vasitəyə çevrilmişdir.
FED.az-ın məlumatına görə, korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən "Expressbank" bu dəfə də xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulur.
Belə ki, "Expressbank" tərəfindən 150 000 AZN məbləğində vəsaitin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar verilmişdir. Sözü gedən Fond Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
Həmçinin, "Expressbank" ölkədə yaranmış karantin rejimini nəzərə alaraq, hazırda müştərilərə bank xidmətlərindən onlayn rejimdə faydalanmağa tövsiyə edir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında daha ətraflı məlumat üçün www.expressbank.az saytına daxil ola bilərsiniz.