Azərbaycanın aparıcı banklarından biri Expressbank müştərilərin rahatlığını düşünərək ölkədə ilk dəfə Elektron Hökumətin İnkişafı Mərkəzi ilə uğurlu əməkdaşlığa imza atıb. Nəticədə cari ilin fevral ayının 15-dən etibarən bank fiziki şəxslərə daha sürətli xidmət etməyə başladı.
E-gov tərəfindən yaradılan “ASAN Finans” layihəsinin əsas missiyası maliyyə qurumları və vətəndaşlar arasındakı münasibətləri tamamilə rəqəmsallaşdırmağa hesablanmışdır.
Göstərdiyi xidmətlərin sürətini və səmərəliyini artırmağı hədəfləyən Expressbank ölkədə mövcud banklar arasından ASAN Finans layihəsini kreditin verilməsi sahəsində tətbiq edən ilk bank oldu. Bununla da bank müştərilərinə daha operativ xidmətlər təklif etməyə nail olub.
Bu barədə məlumat verən bankın Pərakəndə Bankçılıq Departamentinin direktor müavini Fərid Salahov vurğuladı ki, artıq fiziki şəxslər kredit üçün müraciət etdiyi zaman özləri ilə sənəd daşımalarına ehtiyac qalmayacaq.
“Bank olaraq “ASAN finans” layihəsinə qoşulmaqla müştərilərin işini sürətləndirmiş və asanlaşdırmış olduq. Artıq filiallarda kredit müraciəti zamanı yaranan vaxt və resurs itkiləri azalaraq nağd kreditin 20 dəqiqəyə verilməsi imkanı yaranIb.”
“Kreditin verilməsi üçün zəruri olan məlumatlar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən tam təhlükəsiz və avtomatik rejimdə banka təqdim olunur. Bu layihənin Azərbaycanda uğurlu praktiki icrasına başlayan lk bankdır Expressbank-dır.
Həmçinin bankın Elektron Hökumətin İnkişafı Mərkəzi ilə hazırda hüquqi şəxslər üçün hesab açılması prosesinin də asanlaşdırılması istiqamətində işlər aparır. Yaxın gələcəkdə isə fiziki şəxs müştərilər üçün yaradılmış imkanlar hüquqi şəxslər üçün də yaradılacaqdır.
2018-ci ildə Expressbank-ın müştəriləri arasında fiziki şəxslərin sayı 23%, hüquqi şəxslərin sayı isə 42% artmışdır. Müştəri sayının artımına təsir edən əsas faktorlardan biri bankın daima prosesləri avtomatlaşdırması və xidmət üzrə sürəti artırmasıdır.
Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın Expresspay ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.