Vakansiya: İnformasiya Təhlükəsizliyi şöbəsi/aparıcı mütəxəssis
Tələblər:
- Ali texniki/İT üzrə təhsil;
- İnformasiya təhlükəsizliyi və ya sistem inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi;
- Windows Server əməliyyat sistemlərinin inzibatiləşdirilməsi üzrə iş təcrubəsi;
- Active Directory, DNS, DHCP, Group Policies, File Servers ilə iş təcrubəsi;
- Exchange Server ilə iş təcrubəsi;
- Korporativ Antivirus sistemlərinin inzibatiləşdirilməsi üzrə iş təcrubəsi;
- Mail Gateway, Web Gateway, Thread Detection, Vulnerability Management, SIEM sistemləri ilə iş təcrübəsi arzu olunandır;
- Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini bilmək;
- Azərbaycan, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilmək;
- İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- İT-resurslarında giriş hüquqlarına nəzarət;
- İnformasiya təhlükəsizliyi üzrə müxtəlif monitorinq sistemlərinin nəzarəti (Mail Gateway, Web Gateway, Anti-Malware, Thread Detection, Vulnerability Management, SIEM və s.);
- Yeni informasiya təhlükəsizliyi sistemlərinin test edilməsi, tətbiqi və istismarı;
- Kriptoqrafik açarlar və sertifikatlarla işin aparılması və ona nəzarət;
- İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması və təhlili, bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında iştirak etmək;
- Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək.
E - mail : [email protected]