FED.az xəbər verir ki, "Expressbank" işçi axtarır.
“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
Vəzifə: Biznesin İnkişafı Departamenti / Məlumat mərkəzi şöbəsi / Mütəxəssis
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- Komandada işləmək bacarığı;
Eləcə də bax : "Bank VTB" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
- Telefon zənglərini cavablandırılması;
- Müştərilərə xidmət, tarif, prosedur və aksiyalarla bağlı məlumatların təqdim edilməsi;
- Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq;
Əsas üstünlüklər:
- Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
- Karyera artımında şəffaflıq.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.