Expressbank
Vəzifə: Xaçmaz filialı/Hüquqşünas (Məhkəmə qərarlarının icrası üzrə)
Tələblər:
- Ali hüquqi təhsil;
- Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili bilənlərə üstünlük verilir;
- Microsoft Word və Excell proqramlarında işləmək bacarığı ;
- Komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin həllinə nəzarət etmək;
- Mövcud olan, barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin təhlilinin aparılması, görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Qarşılıqlı razılıqla vədləşdirilmiş kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması, ünvanlara səfərlər və s.;
- Problemli kreditlərin və borcluların uçotunun aparılması;
- Məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin tətbiqinə nəzarət etmək;
- İpoteka təminatlı kreditlər üzrə ipotekaların hərracda satışına və bununla bağlı qanunla müəyyən olunmuş digər tədbirlərin vaxtında tətbiq edilməsinə nəzarət etmək;
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.