Expressbank
“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
Vəzifə: Daxili Audit departamenti/ Böyük auditor
- Bankda aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması.
- Təstiq edilmiş müvafiq Audit planına əsasən yoxlanılmaların (kredit,depozit,hesablaşma-kassa,plastik kart,bankomat və s. əməliyyatlar) aparılması.
- Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının yoxlanılması.
- Korporativ idarəetmənin tətbiqini və effektivliyin qiymətləndirilməsi; Bankın bütün strukturları üzrə onların Əsasnamə funksiyalarına uyğunluğunu, işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması.
- Quvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur-qaydalarına və daxili davranış məcəlləsinə (etika qaydalarına) riayət olunmasını təmin edən sistemlərin yoxlanılması.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Analoji sahədə 3 il iş təcrübəsi;
- AR qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Daxili audit prosesi üzrə bacarıqlar.
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı.
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.