“Expressbank” sosial məsuliyyət layihələrinin təşviqinə və təşklinə dəstək olmağa davam edir.
Eləcə də bax: Artıq “Express24” mobil tətbiqində “Zolotaya Korona” ilə pul mədaxil etmək - MÜMKÜNDÜR
Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün dəstəyini göstərən bank, daha bir Vətən müharibəsi iştirakçısına dəstək olmuşdur. Layihə çərçivəsində şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçılarına dəstəyi əsas sayan “Expressbank”, Gəncə şəhər sakini, Vətən müharibəsinin iştirakçısı Qurbanov Həbib Cahid oğluna məşğulluğunun təmin edilməsi üçün planlaşdırılan fəaliyyət istiqamətii üzrə müvafiq olaraq çatdırılma xidməti avadanlıqlarını təqdim etmişdir.
Ümumi olaraq layihə çərçivəsində 44 vətəndaşa dəstək olan “Expressbank”, proqrama müraciət etmiş digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir. Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir.