Operativlik, peşəkarlıq və müştəri məmnuniyyətinin daim yüksək səviyyədə saxlanılmasını təmin edən Expressbank bayram günləri də fəaliyyət göstərəcək.
Bankdan verilən məlumata görə, şəhərimizin mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı həmişə olduğu kimi həftənin 7 günü 24 saat iş rejimində çalışır. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
22, 23, 24 mart tarixlərində Bank-ın Əhmədli, Gəncə və Nəsimi filialları saat 10:00-dan 15:00-a qədər işləyəcək və kassa hesablaşma əməliyyatları, təcili pul köçürmələri, cari və kart hesablarının açılması, depozit qəbulu, bank daxili hesab üzrə köçürmələr üzrə müştərilərə xidmət göstərəcək.
Həmçinin xatırladaq ki, Expressbank-ın MXD, Elmlər, Əhmədli, Yasamal, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.