“Expressbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 15 aprel 2021-ci il tarixində saat 12:00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 (Dəmirçi Tauer Biznes Mərkəzinin 8-ci mərtəbəsi, otaq 8 A) ünvanında yerləşən inzibati ofisində keçirləcəkdir.
Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:
- Bankın səhmdarlarının Nizamnamə kapitalındakı iştirak paylarının dəyişməsi;
- Bankın 2020-ci il üzrə xalis mənfəətinin bölüşdürülməsi;
- 2020-ci il üzrə bankdaxili maliyyə hesabatlılığına baxılması və digər cari və təşkilati məsələlər