Expressbank ASC 20 ədəd noutbukun satın alınması ilə bağlı qiymət təkliflərinin təqdim edilməsi üçün tender elan edir.
Satınalma çərçivəsində aşağıdakı texniki göstəricilərə malik noutbukların əldə edilməsi nəzərdə tutulur:
- Model: HP ProBook 4 G1i 16 (CT1G9ET);
- Prosessor: Intel Core Ultra 7-255U;
- Ekran: 16 düym WUXGA UWVA;
- Operativ yaddaş: 16 GB DDR5;
- Daxili yaddaş: 512 GB SSD;
- Əməliyyat sistemi: DOS;
- Miqdar: 20 ədəd.
Maraqlanan təchizatçılardan qeyd olunan texniki göstəricilərə uyğun noutbuklar üzrə qiymət təkliflərini təqdim etmələri xahiş olunur.
Qiymət təkliflərinin təqdim edilməsi üçün son tarix: 2 noyabr 2026-cı il, saat 12:00.
Tenderlə bağlı əlaqələndirici şəxs:
Leyla Hacıyeva 055 214 08 05
E-poçt: [email protected]
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.















