“Expressbank” ASC-nin səhmlərinin 19,5%-nə nəzarət edən Hikmət Xammədov payını satıb.
Eləcə də bax: “Expressbank” ilin ilk rübünü - MƏNFƏƏTLƏ TAMAMLADI
FED.az xəbər verir ki, onun payını digər səhmdarlar – “Enerqoservis” MMC və Hafiz Seyidov alıblar.
Son nəticədə onların payı müvafiq olaraq 21,6%-dən 30,9%-ə və 9,8%-dən 20%-ə çatıb.
Bankın səhmlərinin qalan 49,2%-i əvvəlki qaydada “Azenco Group” MMC-yə (48,8%) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə (0,4%) məxsusdur.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. (Report)