Azərbaycanın aparıcı banklarından olan «Express Bank» ASC 2022-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 3-cü rübün sonuna bankın faiz gəlirləri 5 milyon manat artaraq 30,8 milyon manatdan 35,6 milyon manata yüksəlib.
Artım bütünlüklə kredit portfelinin gəlirləri hesabınadır – 28,3 milyondan 33,7 milyon manata yüksəlib.
Bu dövrdə bankın faiz xərcləri 2 milyon manat artaraq 5,2 milyondan 7,2 milyon manata yüksəlib.
Nəticədə «Express Bank» 3-cü rübü 28,4 milyon manat xalis faiz gəliri ilə tamamlayıb.
Hesabat dövründə bankın qeyri-faiz 3,6 milyon manat və ya 36% artaraq 10 milyon manatdan 13,6 mlyon manata yüksəlib.
Bu dövrdə «ExpressBank»ın xarici valyuta əməliyyatları üzrə gəlirləri 2 dəfə artaraq 2,5 milyon manatdan 5 milyon manata çatıb.
Qeyri-faiz xərcləri isə 28,3 milyon manat olub.
Nəticədə «ExpressBank» 2022-ci ilin 3-cü rübünü 13 milyon 136 min manat əməliyyat mənfəəti ilə tamamlayıb.
Daha 655 min manat isə əvvəlki dövrlərdə ayrılmış ehtiyatlardan geri çəkilib.
Beləliklə, bankın mənfəət vergisindən əvvəlki xalis mənfəəti 13 milyon 790 min manata yüksəlib.
Bunun 2 milyon 555 min manatı vergiyə ödənilib, xalis mənfəət 11 milyon 235 min manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat və ya 38% artıqdır.