«Express Bank» 2019-cu ilin sonuna olan hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili 19 milyon 120 min manat mənfəətlə başa vurub.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bu dövrdə bankın aktivləri 338,6 milyon manat, öhdəlikləri 224,25 milyon manat, kapitalı 114,ı4 milyon manat təşkil edib.
2019-da «Express Bank» həm əməliyyat mənfəətində, həm də xalis mənfəətdə olub.
Bankın faiz gəlirləri 37,65 milyon manat, faiz xərcləri 10,65 milyon manat təşkil edib.
Qeyri-faiz gəlirləri isə 14,87 milyon manat, qeyri-faiz xərcləri 37,1 milyon manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 4,77 milyon manat olub.
Bundan başqa, bank, mümkün zərərlər üzrə yaradılan məqsədli ehtiyatlardan 16,3 milyon manat geri çəkib.
Nəticədə bankın vergiyə qədərki mənfəəti 21,07 milyon manat, 1,9 milyon manatlıq vergi ödəyəndən sonra isə 19,12 milyon manata bərabər olub.
Bu dövrdə «Express Bank»ın müştərilərə verdiyi kreditlər 223,8 milyon manat, depozitləri 174 milyon manat təşkil edib.