"Express Bank" 2017-ci ili 2,026 milyon manat xalis mənfəətlə başa vurub. FED.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu il ərzində bankın mənfəəti artım dinamikası göstərir. Ümumilikdə əməliyat mənfəəti də yüksələn xətt üzrə davam edib və ili Bank 8 milyon manat mənfəətlə bitirib.
Hesabatda maraq doğiuran rəqəm inzibati xərclərin hər ay 6,292-7,596 milyon manat səviyyəsində artmasıdır. Exspress Bankın hər rüb bir yeni filial açmadığını nəzərə alsaq, bu vəsaitlərin nəyə xərcləndiyi çox maraqlı görünür. məhz bu xərclərin artması səbəbindən də bankın mənfəət faizi belə aşağıdır.
Hesabata əsasən, faiz gəlirləri 25,869 milyon manat, faiz xərcləri 6,13 milyon manat, qeyri-faiz gəlirləri 12,883 milyon manat, qeyri-faiz xərcləri 30,117 milyon manat, aktivlər üzrə ehtiyatlara ayırmaları 479 min manat təşkil edib.
Yerigəlmişkəm bu il yanvarın 1-nə "Express Bank"ın aktivləri 314,339 milyon manat olub ki, bu da illik müqayisədə 9,6% və ya 27.5 mln. manat çoxdur. Müştərilərə verilmiş xalis kreditlərin həcmi 167,608 milyon manatdır və bu o demıkdir ki, bankın kredit portfeli 13,8% kiçilib.
"Express Bank"ın öhdəlikləri 17,4% artaraq 170 milyon manat olub. Bunun 145 milyon manatı depozitlərdir. Ötən il Bankın depozit portfeli 56,4% böyüyüb. IV rübdə əhalinin manatda olan əmanətləri 13 mln. manat məbləğində artıb (illik 30 mln. manat artım). İl ərzində 87 min yeni müştəri hesabı açılıb. Yeni sahibkar və hüquqi müştərilərin sayı rüblük 859 olmaqla, illik 3 mini keçib.
Balans kapitalını 1,6% artıraraq 144,317 milyon manata çatdıran bankın nizamnamə kapitalı isə 137 milyon manatdır.
https://www.expressbank.az/assets/files/Presentation-for-website_AZE_Q4_v.2.0.pdf