Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda indiyədək valyutadəyişmə məntəqələrinin fəamyyətə başlamamasının səbəbini açıqlayıb.
Palatadan FED.az-a verilən məlumata görə, gecikmənin səbəbi bu məntəqələrin fəaliyyətini tənzimləyən hüquqi aktlarının bir hissəsinin qüvvəyə minməməsidir. Bu sənədlər qüvvəyə mindikdən sonra belə məntəqələrin açılması üçün müraciətlərin qəbulu və onlara lisenziyaların verilməsinə başlanacaq.
Palatanın FED.az-a açıqlamasında bildirilir: «Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktların hüquqi qüvvəyə mindikdən sonra başlanacaq».