Azərbaycanda valyuta mübadiləsi ilə məşğul olanlarla bağlı yeni tələblər müəyyənləşdiriləcək. FED.az xəbər verir ki, Milli Məclisin aprelin 3-də keçirilən iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik layihəsi təsdiq olunub.
Dəyişikliklərə əsasən, Azərbaycanda valyuta mübadiləsi ilə məşğul olanlarla bağlı yeni tələblər müəyyənləşdiriləcək.
Layihəyə əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər “Cinayət yolu iləəldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanundan irəli gələn tələbələrə əməl etməlidirlər (apa.az).